Rus alim Aleksandr Kalinkin koronavirusla bağlı maraqlı açıqlamalar verib.
Metbuat.az bildirir ki, Lomonosov adına Moskva Universitetinin alimi Aleksandr Kalinkin yuxusuzluğun koronavirusa yoluxma riskini 250% artırdığını bildirib. O bildirib ki, yuxusuzluq orqanizmin immunitetinin düşməsinə səbəb olur və 5 saatdan az yatan insanın virusa yoluxma ehtimalı yüksək olur.
Alim hər gün eyni saatda yatıb durmağın önəmli olduğunu deyib.
Mənbə: Haber7