x
Loading...

“İbrahim iynədən ölməyib…” - Ailəsindən AÇIQLAMA

.

Müharibədən tərxis edildikdən dörd gün sonra evində vəfat edən, Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilən İbrahim Mirzəzadənin iynə vurulması səbəbindən öldüyü bildirilsə də, yaxınları bu məlumatı təkzib edir.

Metbuat.az xəbər verir ki, İ.Mirzəzadənin əmisi Surxay Mirzəyev “qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşı oğlu iki yaşından bəri gizli bronxial astma xəstəliyindən əziyyət çəkib: “On yaşında xəstəlik daha da şiddətləndi, ailəsi onu müalicə üçün Bakıya gətirdi. Orada qaldıqca məlum oldu ki, Bakıda ümumiyyətlə astma onu tutmur və heç bir narahatlıq yaratmir. Sonra bildik ki, Lənkəranda hava nəm olduğu üçün İbrahimin xəstəliyini ağırlaşdırır. İbrahim uzun müddət Bakıda qaldı, hərbi xidməti də Qarabağ bölgəsində keçdi, heç bir narahatlığı olmadı.

Müharibə vaxtı səfərbərliyə çağırılanda aerozol dərmanı cibində idi. Orada da döyüşdü, iki medal aldı, Şuşaya kimi gedib çıxmışdı. Gələndən sonra danışırdıq, deyirdi “Əmi, müharibə məni sağaltdı, heç dərmandan istifadə etmədim”. Orada da xəstəliyi ağırlaşmamışdı, ona görə də elə bilmişdi tam sağalıb.

Tərxis olunandan sonra gəlib Bakıda döyüş paltarını təhvil verib təzə, səliqəlisini götürmüşdü. Amma aerozol dərmanını da təhvil verdiyi paltarın cibində qalmışdı. Deyirdi sağalmışam deyə dərmanı götürmədim. Burada 4 gün idi qalırdı, srağagün qəfildən ağırlaşdı.

Yanvarın 17-də mənə zəng edib dedilər ki, İbrahim boğulur. Gəlib gördüm artıq halsızdı. Dərmanı da Bakıda qaldığı üçün heç nə edə bilmirdik. Amma iynə var idi. Yaxın qohumları poliklinikada tibb bacısı işləyir, o bir həkimlə məsləhətləşdi. Həkim dedi ki, “prob” qoy, sonra mənə xəbər ver. Tibb bacısı “prob” qoyanda artıq keçindi, heç iynə vurulmadı. İbrahim iynədən yox, astmadan boğulub vəfat etdi. Prokuror da gəlib baxdı, hər şeyi qeydə aldılar. Təcili yardım çağırmışdıq, amma onlar gələndə İbrahim artıq vəfat etmişdi”.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR