Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb

.

ABŞ hökuməti Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı addımlarını “soyqırım” və “insanlığa qarşı cinayətlər” adlandırıb.

Metbuat.az bildirir ki, bu barədə açıqlamasında ABŞ dövlət katibi Mayk Pompeo deyib.

“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, ən azından ÇXR 2017-ci ilin martından etibarən Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim” - Pompeo öz açıqlamasında bildirib.

Mənbə: TASS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR