Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.
Metbuat.az-ın məlumatına görə, M. Çavuşoğlu paylaşımında yazır:
"20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarı bülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”