Məhəmməd Zərif Azərbaycana səfər edəcək

.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya, GürcüstanErmənistana səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Fars” agentliyi xəbər verib.

Məlumata görə, onun turnesi gələn həftəyə planlaşdırılıb.

“Gələn həftə Qafqaza və Rusiyaya səfər etməyi planlaşdırıram”, - deyə Zərif bildirib.

Siyasətçinin sözlərinə görə, o, Dağlıq Qarabağ böhranına və bölgədə sülh və sabitliyin bərqərar edilməsi vəziyyətinə kömək etmək üçün əməkdaşlıq edə biləcək ölkələrə səfər etmək istəyir. Zərif Cənubi Qafqaz ölkələrinə və Rusiyaya səfərlərin dəqiq tarixini açıqlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR