x
Loading...
.

Şəhidlərimiz Göyçayda da anıldı - FOTOLAR

.

Ölkəmizin hər yerində olduğu kimi 20 Yanvar faciəsinin 31-ci ildönümü Göyçayda da ehtiramla yad olunub.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz bir il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü Göyçay şəhərində xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.

Saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

Xatırladaq ki, 1990-cı ildə baş vermiş 20 Yanvar hadisəsi zamanı Göyçay 2 şəhid vermişdir.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR