Azərbaycanda COVİD-19 virusuna qarşı peyvəndlənmə işləri bölgələrdə də davam etdirilir -

Göyçay Rayon Mərkəzi Xəstəxanasında əhalinin Koronavirus infeksiyasına qarşı peyvənd olunması prosesinə başlanılıb.

Metbuat.az-ın bölgə müxbirinin məlumatına görə, rayon mərkəzi xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində təhlükəli virusa qarşı mübarizə məqsədilə peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. İlk öncə xəstəxananın direktoru Elçin Bilalov və baş həkim Ləman Hacıyevaya virusa qarşı peyvənd vurulub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR