x
Loading...

ABŞ-da etiraz aksiyaları yenidən alovlanıb

ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra ölkənin bəzi şəhərlərində etiraz aksiyaları keçirilib.

Metbuat.az xəbər verir ki, Siettl və Portlend şəhərlərində toqquşmalar qeydə alınıb. Siettldə aksiya iştirakçıları məhkəmə binasına və "Amazon" mağazasına ciddi ziyan vurub.

Portlenddə təxminən 150 nəfərdən ibarət qrup Demokratlar partiyasının binasına hücum edib.

Aksiyalar nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb. (cnn.com)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR