x
Loading...

Ohanyan Paşinyana cavab verdi: Bunkerdə gizlənən ali qorxaq

.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan baş nazir Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Ohanyan “Facebook” səhifəsində Paşinyanı ali qorxaq adlandırıb.

“Qorxu içində özünü bunkerlərdə təcrid edən, əsgər şalvarının ən böyük mütəxəssisi cəbhə xəttinin nə olduğunu haradan bilirsən, nə vaxtsa düşmənlə 50 metr və ya daha az məsafədə ön xətdə olmusan?

Parlamentə bronjiletlə gələn və "təəccüblü bir şəkildə" dəbilqə geyiməyən, qardaşlarının arxasında gizlənərək, ilk “Artsax” (Qarabağ – red.) müharibəsinə çağırılmayan ali qorxaq, aprel döyüşlərindən sonra yalnız arxa tərəfdə fotolar çəkdirdi, üçüncü müharibə zamanı isə “Artsaxı” türklərə hədiyyə etdi. Deputatların suallarını cavablandırarkən yenidən "manevr edərək” uğursuzluqlarını ordunun keçmiş liderlərinin üzərinə atdı", - Ohanyan bildirib.

Sabiq nazir "Sənin gedişin erməni xalqı və dövlətçiliyimizi xilas etmək üçün vacibdir!”, - deyə yazıb.(Azvision)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR