x
Loading...

Putinin gizli sarayını ifşa edən görüntülər yayıldı - VİDEO

.

Rusiya prezidenti Vladimir Putinin olduğunu iddia olunan 1.3 milyard dollarlıq malikanənin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, video Rusiya müxalifətinin lideri Aleksey Navalnı həbs olunduqdan sonra onun komandası tərəfindən paylaşılıb.

Putinin olduğu iddia edilən malikanənin görüntüləri paylaşıldıqdan sonra 24 saat ərzində 20 milyondan çox izlənilib.

Videoda malikanənin "dünyada ən böyük rüşvət"lə inşa edildiyi iddia olunub. Navalnı tikilinin həyətinin Monakodan 39 dəfə böyük olduğunu iddia edib. Bildirib ki, Krosnadar vilayətində inşa olunan saray neft maqnatları tərəfindən tikilərək Putinə "hədiyyə" olunub.

Kreml isə tikilinin Putinə aid olmadığını açıqlayıb.

Putin'in gizli sarayını ifşa eden video 24 saat içinde milyonlar kişi tarafından izlendi


Putin'in gizli sarayını ifşa eden video 24 saat içinde milyonlar kişi tarafından izlendi

Putin'in gizli sarayını ifşa eden video 24 saat içinde milyonlar kişi tarafından izlendi



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR