x
Loading...
.

Ulduz futbolçu koronavirusa yoluxdu

.

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə argentinalı hücumçu “Tvitter”dəki səhifəsində məlumat yayıb:

“Koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra özümü təcrid etdim, amma verdiyim sonuncu COVID-19 testi pozitiv oldu. Xəstəliyin bəzi əlamətləri var idi və indi ən qısa müddətdə sağalmaq üçün həkimin dedikərini yerinə yetirirəm”.

Qeyd edək ki, Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR