x
Loading...

XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, RusiyaErmənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR