Bu ölkədə bir gündə 60 min insan virusa yoluxdu

Braziliyada son sutka ərzində daha 59 119 nəfərin koronavirus infeksiyasına yoluxması, 1316 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 697 368 nəfər yoluxub. Bu müddət ərzində 214 147 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 580 741 xəstə müalicə olunaraq sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR