Fevralın 1-dən bu şagirdlər məktəbə gedəcək -

Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeronda məktəblərdə,o cümlədən bütün ölkə üzrə ibtidai sinif üzrə, məktəbəhazırlıq qruplarında, icma əsaslı qruplarda tədris qismən başlanılacaq.

Metbuat.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə iki həftə sonra isə növbəti qərarlar veriləcək. 1 fevraldan iki həftə sonra digər ərazilərdə 5-9-cu siniflərdə, peşə məktəblərlərində tədrisin qismən bərpası nəzərdə tutulur.

Bölgələrdə daha tez açılmalara gedəcəyimizi düşünürəm.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR