Göyçayda yaşayış evi yandı

Göyçay rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

Metbuat.az-ın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 08:00 radələrində rayonun Qızılağac kəndində qeydə alınıb. Kənd sakini, İsayev Hacı İkram oğluna məxsus fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 150 kvadratmetr olan ev və içindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Yanğın zamanı ev sahibi evdə tək olub. Hadisə zamanı xəsarət alan olmayıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın tez bir zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR