.

Ərdoğandan Çin vaksini ilə bağlı açıqlama – VİDEO

.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra Üsküdardakı Kərəm Aydınlar məscidinin qarşısında media nümayəndələrinin suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, dövlət başçısına verilən ilk sual peyvəndlə bağlı olub. R.T.Ərdoğan “Vaksinlərin ikinci partiyası hazırda Çindən çıxıb və böyük ehtimalla həftə sonuna qədər ölkəmizə çatdırıla bilər. 10 milyon doza peyvənd gözləyirik”, - deyə cavab verib.

Bununla yanaşı, Türkiyə prezidenti ölkədə vaksinasiyanın da öncədən nəzərdə tutulduğu kimi, mərhələli şəkildə davam etdiriləcəyini bildirib.(Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR