.

Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub

.

Milli Karate Federasiyasının rəhbərliyi hazırlığı gücləndirmək məqsədilə aşağı yaşlı seçmə komandanın məşqçilər heyətinə yüksək titullu mütəxəssislər cəlb etməyi qərara alıb.

Federasiyadan Metbuat.az-a bildirilib ki, idmançı karyerasını başa vuran milli komandanın keçmiş üzvləri Şahin Atamov 14-15 yaşlı yeniyetmələrə böyük məşqçi, Niyazi Əliyev isə məşqçi təyin edilib. Federasiyanın prezidenti Yaşar Bəşirov, milli komandanın baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyev təyinatla bağlı görüşdə, Azərbaycan karatesinə nüfuz qazandıran belə tanınmış idmançıların təcrübəsinin gənc nəslə faydalı olacağını bildiriblər.

Yeniyetmə və Gənclərin baş məşqçisi Anar Allahverdiyevin 16-21 yaşadək gənclər üzrə seçmə komandalarda köməkçiləri isə böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyevdir.

Yeniyetmə və gənclər seçmə komandalarını bu ilin Mayında Kiprdə, İyulda Xorvatiyada, Sentyabrda Türkiyədə və Dekabrda İtaliyada Karate1 Gənclər Liqası, Avqustda isə Finlandiyada Avropa çempionatı gözləyir. Yeni məşqçi təyianatları həmçinin aşağı yaşlı idmançıların qarşıda Gənclərin Yay Olimpiya Oyunlarına hazırlıq xüsusiyyəti daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR