AZPROMO sahibkarlara müraciət etdi

.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.

AZPROMO-dan Metbuat.az-a bildirilib ki, ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni bazarların araşdırılması istiqamətində dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində tədbirləri davam etdirirlər. Kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən və ixracda maraqlı olan sahibkarların AZPROMO-ya müraciət etməsi tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR