.

Şəhid polkovnik-leytenantın 6 yaşlı oğlu atasının məzarı önündə hərbi salam verdi - FOTO

.

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də şəhid polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilovdur.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Vidadi Xəlilov 1982-ci il iyul ayının 16-da Göyçay şəhərində dünyaya göz açıb. Azərbaycanın polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Vidadi Xəlilov oktyabrın 31-i tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Qəhrəman şəhidimizdən geriyə iki övladı, Zəhra və Əli yadigar olaraq xatirə qalıb. V.Xəlilovun oğlu altı yaşlı balaca Əli qəhrəman atasının məzarını ziyarət edib. Ziyarət zamanı o, məğrur və qürurlu baxışlarla şəhid atasının məzarı qarşısında hərbi salam verib. Həmin anı əks etdirən fotogörüntü sosial şəbəkələrdə günün fotosuna çevrilib və sürətlə paylaşılmağa başlanılıb. Foto hər kəsin böyük marağına səbəb olub.

Xatırladaq ki, V.Xəlilov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən Cəbrayılın, Qubadlının, Laçının azad edilmsinə görə, eləcə də "Vətən uğrunda" medalları ilə təltif olunub.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR