x
Loading...
.

Pandemiya nə zaman və necə bitəcək? - Amerikalı həkim AÇIQLADI

.

Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı report-a Nyu-York ştatının tanınmış tibb mərkəzlərindən biri olan “The Mount Sinai Hospital” və Albert Eynşteyn Universitetinin xəstəxanasının həkimi Abdo Balıkçıoğlu verib. O deyir ki, əhali 70-75 faiz vaksinasiya olunarsa, immunitet formalaşa bilər və virus tədricən zəifləyərək sıradan çıxar.

''Ancaq ABŞ-da əhalinin bir qismi peyvənd olunmaqdan imtina edir. Təxminən 50-60 faiz insanın vaskinasiya olunacağını düşünürük. İnanıram ki, Azərbaycanda və Türkiyədə insanlar bu mövzuya daha həssas yanaşaraq vaksinasiyanı qəbul edəcəklər.

Eyni zamanda koronavirusa qarşı preparatların hazırlanması üçün işlər aparılır. Hazırda 300-dən artıq dərman sınaqdan keçirilir və onların içərisində heç şübhəsiz effektiv olanları müəyyənləşdiriləcək. Bu da bir qədər zaman ala bilər.

Yaxın günlərdə üzərində işlədiyimiz bir dərmanı istifadəyə təqdim edəcəyik. Dərmanların hazırlanması və vaksinasiya eyni zamanda aparılarsa, nəticənin daha ürəkaçan olacağını düşünürük. Tarixdə mövcud olmuş digər pandemiyalar kimi, koronavirus da uzun müddət davam edə bilməyəcək, təbii ki, bir müddət sonra yox olub gedəcək''.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR