Amerikalı məşhur aparıcı vəfat etdi

Amerikalı məşhur telejurnalist Larri Kinq vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.

87 yaşlı Larri Kinq Los-Ancelesdəki klinikalardan birində dünyasını dəyişib.

Xatırladaq ki, daha əvvəl onun koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilmişdi.

L.Kinq 1985-2010-cu illərdə müəllifi olduğu "Larry King Live" şousu ilə məşhurlaşıb. O, əlli mindən çox siyasətçi, aktyor, idmançı və digər məşhurlardan müsahibə alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR