x
Loading...
.

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat olub - VİDEO

.

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, konsepsiyanın müəllifi Muxtar Ərturan çıxışında bildirib ki, Azərbaycan memarları tərəfindən Prezident İlham Əliyevin 03.12.2020-ci il tarixli sərəncamına müvafiq olaraq belə bir təşəbbüs irəli sürülüb:

"Layihə "İstiqlal zirvəsi" adlanır və şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Konsepsiyanın ərsəyə gəlməsində azərbaycanlı memarlarla yanaşı türk memar və mühəndislərin də əməyi var. Bu konsepsiya Türkiyə və Azərbaycan birliyinin bir rəmzidir və konsepsiyanı təmənnasız olaraq şəhidlərin xatirəsinə həsr etmişik. Bir ananın iki qolu, bir amalın iki yolu. Biz bir millət, iki dövlətik. Konsepsiyanın özəlliyi ondadır ki, qeyri-adi formatda hazırlanıb. Layihədə elə texnologiyalardan istifadə olunacaq ki, dünyada bunun analoqu olmayacaq. Bildirim ki, konsepsiya milli atributlarımızı özündə əks etdirir. Muzey həm yerli, həm də xarici turistlər üçün nəzərdə tutulub. Hələ ki, biz bunu konsepsiya olaraq ictimaiyyətə təqdim edirik. Buna görə də onun maliyyə tutumunu indidən demək mümkün deyil. Layihə təsdiqlənərsə, onun tikintisi həyata keçiriləcək. Muzey eyni anda 350-500-ə yaxın insan qəbul etmək gücündə olacaq".

Qeyd edək ki, layihə müəllifi tərəfindən təqdim edilən konsepsiya "İstiqlal Zirvəsi" adlanır. Kompleks milli atributlarımızdan olan və türk dünyası simvollarını əks etdirən aypara və səkkizguşəli ulduz, ultramüasir, çoxmərtəbəli bina şəklində layihələndirilib. Kompleksin paytaxt Bakı şəhərinin ən yüksək yerində Teleqüllənin qərb istiqamətində tikilməsi planlaşdırılır. Landşaftın dairəvi formada olması gələcəkdə 8 Noyabr Zəfər marşı üçün hərbi zirehli texnikanın və insan kütləsinin bayram etməsinə kömək edə bilər. Kompleksin birinci mərtəbəsinin atrium hissəsində, döşəmədən nisbətən hündürdə yerləşən, dairəvi Turan birliyini əks etdirən gerb Azərbaycanın bayrağının üçrəngli simvolları ilə əhatə olunacaq. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları əks olunacaq. Şəhidlərin adları Azərbaycan bayrağı üzərində fosfor tərkibli nano boya ilə yazılacaq. Bu simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindr nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşayiət olunacaq

30 metr hündürlüyündə olan Əbədi məşəl dünyanın ən böyük məşəli olacaq. Muzeydə, həmçinin Ulu Öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzi, Xocalı soyqırımı və 20 Yanvar qətliamı ilə bağlı zallar olacaq.

Xüsusi texnologiyalardan sayılan “Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş Xocalı zalına xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsi ilə daxil olunacaq. Hərəkətli eskalatorlar üzərində olan insanlar 1 dəqiqə müddətində bu zaldan keçəcək.

7D sinema Zəfər muzeyinin Milli Qəhrəmanlarımıza və onların göstərdiyi şücaətə həsr edilməsi nəzərdə tutulur. Beləliklə xalq öz qəhrəmanlarını yaxından canlı olaraq tanıyacaq və “Real Time” izləyəcək. Bu format layihə dünyada bir yenilikdir.

Kompleksdə, həmçinin smart muzey, smart kitabxana, smart rəsm qalereyası, Turan birliyi mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt zalları və fərqli təyinatlı otaqların olması da planlaşdırılır.

Smart muzey elektron və vizual tablolarla təchiz ediləcək. Hərbi sənaye zalında isə hərbi texnikalarımızdan ibarət sərgi zalı olacaq.

Muzeydə, həmçinin istiqlal mücadiləmizi əks etdirən filmləri nümayiş etdirmək üçün də zalların olacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR