x
Loading...
.

Peskov:Navalniyə dəstək nümayişləri QANUNSUZDUR

.

Rusiyada on minlərlə insan həbsdə olan rus müxalifəti Aleksey Navalnının sərbəst buraxılması üçün nümayişlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dimitri Peskov, Navalniyə dəstək nümayişlərinin "qanunsuz və qəbuledilməz" olduğunu bildirib. Əsasən Moskva və Rusiyanın təxminən 70 şəhərində mənfi 50 dərəcə soyuq olmasına baxmayaraq etirazlar davam edir.

Lisey və universitet tələbələrindən ibarət olan nümayişçilərə polis müdaxilə edərək və çox sayda adamı nəzarətə götürülüb. Washington Post, 3300-dən çox insanın həbs olunduğunu yazıb. Qeyd edək ki, İngiltərə Xarici İşlər Nazirliyi "dinc" nümayişçilərin tutulmasından çox narahat olduqlarını və vəziyyətin yaxından izlənildiyini bildirib.

Mənbə:Ensonhaber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR