.

Politoloqdan erməni nazirə SƏRT MESAJ - "Şuşa", "erməni" və "mədəniyyət" sözlərini bir cümlədə tələffüz etmə!

.

''Ermənistanın 2020-ci ildə Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətindən sonra Xarici İşlər Naziri vəzifəsinə təyin olunan Ara Ayvazyan aktiv fəaliyyətini simulyasiya edir. Amma bəzən açıq-aşkar cəfəngiyyat danışır''.

Bu açıqlamanı Metbuat.az-a politoloq Züriyyə Qarayeva edərək bildirdi ki, nədənsə, Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyan Şuşanın erməni mədəniyyət mərkəzi olduğuna əmindir.


''Məsələn, "Şuşanın Türk mədəniyyət mərkəzinə çevrilmə ehtimalı" ndan narazılığını dilə gətirdi, baxmayaraq ki, rəhbəri Nikol Paşinyan Şuşanın bir Azərbaycan şəhəri olduğunu qəbul etmək məcburiyyətində qaldı.

Hələ bundan əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev 2022-ci ildə Şuşanı Türk dünyasının mədəni paytaxtı elan etməyə hazır olduqlarını bildirərək,

"Təşkilat, Şuşanın bütün Türk və İslam dünyası üçün belə böyük mədəni əhəmiyyətini vurğulayacaq bir çox tədbir keçirməyi planlaşdırır" dedi.

Bu savadsız diplomat türk təşkilatının təklifinə qarşı çıxaraq, ölkəsinin KTMT-dəki müttəfiqlərindən yeni düşmənlər tapır. Bu ilk növbədə Amreevin vətəni olan QazaxıstanQırğızıstan olur. Eyni zamanda, tutuquşu adının sahibi, İrəvanın “beynəlxalq birliyin dəstəyini alacağına” da əmindir.

Təbii ki, beynəlxalq ictimaiyyət dərhal iqtisadi çətinlikləri və dünyada koronavirus daşıyıcılarının artdığını unudaraq Ermənistan Xarici İşlər Nazirliyinə dəstək ifadə etmək üçün fakslara tələsəcəkdir''.

Züriyyə Qarayeva deyir ki, İndiyə qədər heç bir dövlət Azərbaycanı Şuşanın və Qarabağın böyük bir hissəsinin azad edilməsinə görə qınamamışdı - çünki Azərbaycan Ordusu BMT-də təsbit edilmiş özünümüdafiə və ərazi bütövlüyünü təmin etmə hüququnu tətbiq etmişdir. Ancaq Ara Ayvazyan nədənsə əmindir ki, Şuşa məhz erməni mədəniyyət mərkəzidir!

''Göründüyü kimi, 1751-ci ildə bu şəhəri quran Pənah Əli Xan, yəqin ki, erməni imiş. Molla Pənah Vaqif də yəqin ki, erməni imiş. Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" pyesinin hadisələri də Azərbaycan Qarabağında deyil, başqa bir yerdə baş verir.

Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasındakı personajlar da, Üzeyir Hacıbəylinin özü də məlum olur ki, heç vaxt Şuşada olmayıb. Onlar Aranın iddia etdiyi kimi "mədəniyyət mərkəzi" olan bu "erməni şəhəri"ndə nə edə bilərdi? Yəqin ki, məşhur Bülbülün də Şuşa ilə heç bir əlaqəsi yox idi, Şuşada xalça məktəbi yox idi, Şuşa muğam məktəbi də Şuşada olmayıb.1898-ci ildə Azərbaycan dilində ilk musiqili tamaşa- "Məcnun Leylanın məzarı üzərində" başqa yerdə göstərildi. Şair Xurşudbanu Natəvanın, Ara Ayvazyana görə, Qarabağ şəhəri ilə heç bir əlaqəsi yox idi!

Yəqin ki, erməni atları Cıdır Düzündə çapırdılar. Yuxarı Gövhər Ağa məscidi, yəqin ki, ermənilərin yaradıcılığıdır!

Bunlar Ara Ayvazyanın boşboğazlıqlarıdır. Nə üçün? Təbii ki, başa düşüləndir. Nikol Paşinyan hakimiyyəti özü ilə bütün Ermənistanı uçurumun kənarına gətirib. İndi yalnız məğlubiyyətlərini deyil, həm də “qurumların çöküşünü”, “dövlətçiliyin itirilməsini” dərk edən insanların təməl hissləri ilə oynamaq üçün özlərini böyük vətənpərvər kimi göstərməyə çalışacaqlar''.

Politoloq Amreevdən gələn təklifdən narazılığını ifadə etməklə Ara Ayvazyan yerli publikaya oynatdığına diqqət yönəldərək bildirdi ki, axı Paşinyan, Şuşa azad olunandan sonra, şəhərin boş və boz olduğunu söyləyirdi. Bəs Şuşa 28 illik erməni işğalından sonra boz bir şəhər idisə, o zaman necə erməni mədəniyyət mərkəzi ola bilər?

''Ümumiyyətlə Ara Ayvazyan yaxşı olar ki, üç sözü' "Şuşa", "erməni" və "mədəniyyət" sözlərini bir cümlədə tələffüz etməsin. Çünki məhz bu şəhərdə ermənilərin mədəniyyətə barbar münasibəti təzahür edirdi. Azərbaycan bəstəkarlarının büstləri güllə ilə vuruldu, tarixi və memarlıq dəyəri olan evlər talan edildi.

Serj Sarkisyanın Ağdamın erməni şəhəri olmadığına görə xarabalığa çevrildiyini söyləməsini də xatırlayırıq. Ermənilər Şuşanın kərpiclərini də söküb daşıyıblar. Çünki bu şəhərin onların olmadığını bilirdilər. "Mədəniyyətiniz" budurmu?

Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni mədəniyyət naziri Anar Kərimovla görüşdə Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi.

"Bütün tarixi abidələrimizi bərpa edəcəyik"-dedi. Dövlət başçısı Vaqifin poeziya günlərinin, Xarı Bülbül festivalının Şuşada keçirilməsini bərpa etməyi göstəriş vedi.

Beləliklə, Şuşada muğam səslənəcək, Azərbaycan poeziyası səslənəcək, yeni "Bülbül"lər oxuyacaq və bütün bunlar Ara adlı erməni tutuquşularının xırıltılarından asılı olmayaraq baş tutacaqdır''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR