Şəhidlərimizin uyuduğu xiyaban işıqlandırılıb -

Göyçay Şəhidlər Xiyabanı işıqlandırılıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, şəhərin Əli Kərim adına parkında yerləşən xiyabanda Birinci və İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladları uyuyur. Son günlər ərzində onların əziz xatirəsi üçün xiyabanda yüksək səviyyədə yeni təmir işləri yerinə yetirilərək, orada işıqlandırma sistemi yaradılıb və yeni işıq dirəkləri salınıb. Xiyaban əvvəllər işıqsız və qaranlıq vəziyyətdə olduğundan sakinlərin haqlı narazılığına səbəb olurdu.

Bundan əlavə, Şəhidlər Xiyabanı ərazisində fəxri vətəndaşlar üçün də yeni guşə yaradılıb. Həmin guşədə ədliyyə general-mayoru Oqtay Maqsudov və Vətən müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan tam olaraq azad olunmasında canlarından keçən şəhid polkovnik-leytenant Vidadi Xəlilovun və şəhid polkovnik Babək Səmidlinin də məzarları var.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR