.

"Biz azərbaycanlılara bayraq paylamamışıq" - Pakistanlı nazir

.

Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşi ölkəsinin Azərbaycana dəstəyindən danışıb.

Metbuat.az xəbər verir ki, nazir yanvarın 24-də Pakistanın Pəncab əyalətinin Multan şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi daima müttəfiqlik prinsipinə uyğun davranır.

Nümunə kimi xarici işlər naziri ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibəni göstərib.

Məhdum Şah Mahmud Qüreyşi bildirib ki, Pakistan və Türkiyə Azərbaycana işğal altında olan torpaqlarının geri qaytarması işində açıq dəstək verib və 44 günlük savaşda qazandığı böyük uğurlara görə Azərbaycanı təbrik edib.

Nazir bildirib ki, həmin dəstəyi Azərbaycan yüksək qiymətləndirib, Azərbaycan Ordusunun zəfərini qeyd edərkən vətəndaşlar küçələrdə Türkiyə ilə yanaşı Pakistanın da dövlət bayraqlarını dalğalandırıblar:

"Biz onlara bayraq paylamamışıq. Bu, insanların səmimi duyğularının, Pakistana bəslədikləri rəğbətin təcəssümüdür”. (Novator.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR