ABŞ-da koronavirusun "Braziliya" ştammına ilk yoluxma qeydə alınıb

ABŞ-da koronavirusun Braziliyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

Metbuat.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Minnesota ştatının Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, koronavirusun yeni ştammı Braziliyadan gələn Minnesota sakinində aşkarlanıb:

"Bu yoluxma ABŞ-da rəsmi aşkarlanan ilk P.1-in Braziliya variantıdır".

Bildirilir ki, sözügedən vətəndaşda simptomlar ayın ilk həftəsində müşahidə edilib, onun testinin cavabı isə yanvarın 9-u bəlli olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR