Sabah Azərbaycan, Rusiya və Ermənistanın

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistanın hökumət rəsmilərinin Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması ilə bağlı görüşü keçiriləcək.

Metbuat.az bu barədə RBK-ya istinadən xəbər verir.

Məlumatda bildirilib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.k.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR