Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 26 816 nəfər yoluxub.
Metbuat.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 871 393 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 627 nəfər ölüb, ölənlərin ümumi sayı 217 664 nəfər təşkil edir.