İranda ötən sutkada koronavirusdan 79 nəfər ölüb

.

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 79 nəfər ölüb.

Metbuat.az bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 57 560 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 420 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 385 706 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 4 038 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 177 367 nəfər koronavirusdan sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR