x
Loading...
.

Lavrov-Zərif görüşündə QARABAĞ MƏSƏLƏSİ: Liderlər razılaşandan sonra...

Moskva və Tehran Dağlıq Qarabağ ətrafındakı vəziyyət də daxil olmaqla, bir sıra regional məsələlərdə dialoqun dərinləşdirilməsində qarşılıqlı şəkildə maraqlıdır.

Metbuat.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

İranlı həmkarı Məhəmməd Cavad Zəriflə Moskvada görüşən nazir bildirib ki, ölkələrinin regiondakı rolunu nəzərə alaraq Fars körfəzindəki təhlükəsizlik, Əfqanıstanda həll yolu problemləri kimi mövzularda dialoqun dərinləşdirilməsində maraqlıdırlar: “Əlbəttə ki, Rusiya və Azərbaycan, həmçinin Ermənistan liderləri ilə razılığa gəldikdən sonra Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə edə bilərik”.

Qeyd edək ki, M.C.Zərif Bakı səfərində İranın iki ölkə sərhədindəki Qarabağ ərazilərinin bərpasına kömək etməyə hazır olduğunu söyləmişdi. Xarici İşlər nazirinin sözlərinə görə, bölgədə sülh və sabitliyin bərqərar olmasına və bütün tərəflərin maraqlarına töhfə verən yeni mərhələ başlayıb.(Publika)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR