Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni baş katibi məlum olub.
Metbuat.az xəbər verir ki, Despina Tsovilis bu gün keçirilən səsvermə nəticəsində AŞPA-nın baş katibi seçilib.
O, martın 1-dən işə başlayaraq, beş il müddətinə baş katib vəzifəsini icra edəcək.
Qeyd edək ki, Despina Tsovilis AŞPA-nın ilk qadın baş katibi olacaq.