Bar və restoranların gecə fəaliyyətinə

Moskvada karantin rejimi bir qədər də yumşaldılıb.

Metbuat.az xəbər verir ki, şəhər meri Sergey Sobyanin bununla bağlı müvafiq fərman imzalayaraq bəyan edib ki, işçilərin ən azı 30%-nin distant rejimdə çalışması tələbi artıq məcburi deyil.

İşçiləri ofislərinə qaytarmaq və ya “uzaqda” saxlamaq konkret müəssisə və təşkilat rəhbərlərinin qərarına verilir.

İaşə müəssisələri, gecə klubları, barlar, diskotekalar, karaoke, boulinq, istirahət və əyləncə müəssisələrinin gecə saat 23.00-dan 6.00-dək işinə qoyulan məhdudiyyətlər də ləğv edilir.

Qeyd olunub ki, digər məhdudiyyətlərin ləğv olunacağı tarix və mərhələlər daha sonra açıqlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR