x
Loading...
.

Bu tarixdən siqaretlər bahalaşacaq - Mağazalara XƏBƏRDARLIQ EDİLİB

.

Azərbaycanda siqaretlərin topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Bakıda fəaliyyət göstərən mağazalardan məlumat verilib.

Bununla bağlı artıq mağazalara xəbərdarlıq edilib. Bildirilib ki, 1 fevral tarixindən siqaretlərin satış qiymətləri artırılacaq. Artımın nə qədər olacağı bildirilməyib.

Qeyd edək ki, Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye - hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Dəyişikliyə görə, həm də bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək. Belə ki, aşağıdakı dərəcələrin tətbiq edilməsi təklif edilir:

- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş” və ya "bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30 manat;

- Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.(qaynarinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR