Moskvada karantin rejimi nisbətən yumşaldılıb

Moskva meriyası yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərin bir hissəsini yumşaldıb.

Metbuat.az bildirir ki, bu barədə Moskva meriyasının saytında məlumat yerləşdirilib. Bildirilib ki, paytaxtda yerləşən təşkilatlarda işçilərin 30 faizinin məsafədən işləməsi artıq tövsiyə xarakteri daşıyır.

Bundan başqa, gecə klubları, bar və restoranlar axşamdan səhərə kimi müştərilərini qəbul edə biləcəklər. (TASS)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR