Yaponiyanın Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ olub.
Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş Meteorologiya İdarəsi açıqlayıb. Zəlzələnin ocağı 130 km dərinlikdə yerləşib. Yeraltı təkanlar qonşu 4 prefekturada da hiss edilib.
İlkin məlumata görə, sunami təhlükəsi yoxdur. İtki və dağıntı barədə məlumat yayılmayıb.