Rusiyada koronavirusdan ölənlərin sayı 71 mini ötüb

Rusiyada son sutka ərzində daha 17 741 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Metbuat.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 774 672 nəfərə çatıb. Son sutka ərzində 594 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 71 076 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR