Bu gün Abşeron rayonu, Xırdalan şəhərində daha bir intihar hadisəsi qeydə alınıb.
Metbuat.az bildirir ki, hadisə şahidlərinin "baku.ws"ə verdikləri məlumata görə, gənc oğlan hündürmərtəbəli binadan özünü atıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin səbəbi araşdırılır.