Rusiya Ermənistandan Qarabağ ilə bağlı nə istədi?-

''Ermənistan rəhbərliyi Qarabağın Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına silahlı qüvvələrini tədricən çıxararaq, bura yeni nizamı silahlı qüvvələr göndərmir. İlk növbədə Azərbaycan prosesə nəzarət edir. Əgər Ermənistan yeni silahlı qüvvələr göndərəcəksə, bu yeni toqquşmalara gətirib çıxara bilər".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə verərək qeyd etdi ki, belə fakt qeydə alınacaqsa, burada əsas məsuliyyət Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür.

"Əgər, Rusiya sülhməramlı qüvvələri buna şərait yaradacaqsa, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən imtina etməlidir. Azərbaycan öz ərazisinə digər ölkənin silahlı qüvvələrinin buraxılmasına şərait yaradan sülhməramlı missiya əlbəttə öhdəlikləri kobudcasın pozur.

Hazırda belə faktlar qeydə alınmır. Amma, bunun baş verməsi mümkün ola bilər. Əgər, baş verərsə, hərəkət etmək mütləqdir".

Politoloq bildirdi ki, Rusiya Ermənistandan yeni hərbi qüvvələrin Qarabağa göndərilməsini istəyir.

"Ermənistan Azərbaycan və Rusiya hökumət üzvlərindən ibarət yeni komissiya yaradılır. Bu komissiya çərçivəsində Azərbaycan Ermənistandan öhdəliklərə əməl edilməsi tələb ediləcək. Bundan əlavə, Baş nazir Nikol Paşinyanda yaxşı bilir ki, Ermənistan üçün Qarabağ məsələsi bitib və bura silahlı qüvvələrini göndərməklə, nəyəsə nail olunacağı mümkün deyil.

Hazırda Ermənistan rəhbərliyinin əsas strateji planı Türkiyə və Azərbaycanla normalllaşma prosesinə nail olmaqdır".

''Dağlıq Qarabağda silahlı erməni birləşmələri, əsasən, Ermənistan silhalı qüvvələrinə tabe deyil.10 Noyabrda imzalanmış üç tərəfli Bəyannaməyə uyğun olaraq silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma, Rusiya bu öhdəliyə əməl etməyərək, silahlı erməni birləşmələrinin sayını artırır.

Qeyd edim ki, burada silahlı ermənilər qaldıqca, azərbaycanlıların bu əraziyə köçməsi mümkün olmayacaq".

Siyasi şərhçi fikirlərinə əlavə etdi ki, Türkiyə və Rusiya Monitorinq Mərkəzinə gəldikdə isə, bu sadəcə Türkiyənin Qarabağda rəsmi təmsil olunması üçün bir fəaliyyətdir.

"Ümumiyyətlə, Rusiyadan konkret tələb edilməlidirki, 10 Bəyannamənin şərtlərinə əməl etsin və silahlı erməni birləşmələri çıxarılsın. Azərbaycanla Rusiya arasında Laçın Dəhlizi ilə bağlı ciddi fikir ayrılıqları qalır. Hökumət Rusiya ilə danışıqlarda Laçın Dəhlizi üzərində dronlarla müşahidə aparılmasının təşkil edilməsini tələb etməlidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR