Azərbaycanda qəza:

Göyçay şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində rayonun Rəsul Rza küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 10 TP 228 dövlət nömrə nişanlı "Mersedes"markalı minik maşını digər maşınla, 23 BJ 297 dövlət nömrə nişanlı "VAZ-21099" avtomobilə çırpılıb. Qəza baş verən ərazidə sıxlıq müşahidə olunub. Hadisə zamanı hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR