Azərbaycan daha 5 hərbi əsiri Ermənistana təhvil verdi

Azərbaycandan daha 5 hərbi əsir Ermənistana təhvil verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan “Facebook” səhifəsində yazıb.

Hərbi əsirlərin qaytarılması Rusiya tərəfinin vasitəçiliyi ilə baş tutub. Hərbi əsirlərin olduğu təyyarə artıq Bakıdan Yerevana yola düşüb.

Məlumata görə, onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR