x
Loading...
.

Mehriban Əliyeva Rəmişlə bağlı göstəriş verdi

.

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR