x
Loading...
.

Aprel ayından toyların bu qaydada keçirliməsinə icazə verilə bilər - AÇIQLAMA

.

Azərbaycanda koronavirusa yoluxanların sayı 200-ə düşüb. Ölənlərin sayında da xeyli azalma müşahidə olunur. Yanvarın 18-dən də ölkə ərazisində vaksinasiya başlayıb. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə aprel ayından toyların keçirilməsinə icazə verilə bilərmi?

Metbuat.az bildirir ki, bununla bağlı "Sonxeber.az"-a danışan dosent Ədalət Rüstəm bildirib ki, bu vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılıdır:

"Bu gün insanlarımız karantin qaydalarına əməl edirlər. Demək olar ki, ötən illə müqayisədə küçədə maskasız insan yoxdur. Əgər bugünkü kimi insanlarımız karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək. Yoluxma sayı bu cür azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür.

Fevralın 1-dən kafe və restoranlar açılacaq. Əgər bu yumşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək. Fevral ayındakı yumşalmaların nəticələrindən çox şey aslıdır. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Aprel ayında isə toy və digər mərasimlərin keçirilməsi mümkün olacaq. Əlbəttə, toyların keçirilməsi ilə bağlı qaydaların hazırlanması mütləqdir. Təbii ki, qonaq sayının iki-üç dəfə azaltmaq və masalar arasında məsafə 2 metr olmaq şərti ilə toyların keçirilməsinə icazə verilə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR