x
Loading...

Qarabağda binalar Azərbaycanın yeni tikinti üslubunda TİKİLƏCƏKDİR- AÇIQLAMA

.

Prezident İlham Əliyevin əmri ilə işğaldan azad edilən bölgələrimizin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib.

Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işləri görülməkdədir.

Özəlliklə də erməni vandalları tərəfindən dağıdılan yaşayış yerlərinin bərpası və tikintisi üçün Azərbaycan brendli memarlıq üslubunu özündə əks etdirən tikililərin aparılması qərarı xüsusilə sevindirici haldır.

Bu layihənin ideyasının mahiyyəti barədə danışan ekspert Elnur Fərzəliyev Metbuat.az-a bildirdi ki, işğaldan azad olunmuş ərazilərimizdə Qarabağ və Azərbaycan layihəli binaların tikintisi təqdirəlayiqdir.


“Azərbaycanın keçmiş, dərin memarlıq tarixi var. 2000-ci ildən bu günə qədər Bakı-Abşeron-Sumqayıt şəhərində təqribən 2000-ə yaxın binalar tikilib.

Bu çox böyük rəqəmdir. Amma təssüf ki, o binaların əksəriyyəti memarlıq üslubundan tamamilə uzaqdır. Bu gün Bakıda tikilən binaların çox az hissəsinin xarici görünüşü ürəkaçandır.

Bu kimi binalar şəhərin görünüşünə yaraşıq qatmaqla bərabər kənardan sanki muzey kimi görünür. Əgər tikintilər Azərbaycanın milli memarlığını özündə əks etdirən layihələrə uyğun hazırlanarsa və bunun üzərindən işlər aparılarsa, yeni brend yaratmış olarıq”.

Bəs milli layihə üslubunda tikilən binalar dedikdə nəzərdə tutulan işlər necə görüləcəkdir?

“Milli layihə o demək deyil ki, hər binanın üzərində buta və digər naxışlar olmalıdır. Bu gün ölkəmizdə yüzlərlə yaşayış binaları var ki, onlar həm xarici ölkələrin adlarını daşıyır, həm də insan adlarını yaşadır. Buna ''Xruşov'', ''Stalin'', ''Fransız'', ''Alman'', ''Bolqar'', ''Moskva'', ''Leninqrad'' və sair layihəli binaları misal göstərmək olar.

Nə üçün Azərbaycanda öz qədim şəhər və tarixi şəxsiyyətlərimizin adını daşıyacaq milli üslubda binalar tikilməsin?

Azərbaycanda tikintisi adını daşıyan ölkələrdən daha çox bu sektor inkişaf edib.

Amma öz layihələrimizin olmaması səbəbindən Azərbaycanda hansı binanın nə vaxt tikilib ortaya qoyulduğu barədə dəqiq bir sözlər söyləmək olmur.

Bu baxımdan Cənab Prezident İlham Əliyevin milli üslubda- tikinitdə Azərbaycan brendi əsasında binaların tikilməsi barədə qərarı bu sahədə olduqca möhtəşəm addım olacaqdır.

Bu sahədə bizim memarlıqımız inkişaf edib brendləşəcəkdir”.

Elnur Fərzəliyev deyir ki, işğaldan azad edilən Qarabağımızda həmin binaların tikilməsi bütün dünyaya həmin torpaqların Azərbaycana məxsus olmasına bir daha əyani sübut olacaqdır.

“Düşmənin ərazimizə olan hər hansı bir iddiası bu sübut əsasında bir daha əsassız olacaqdır.

Azərbaycanın milli tikinti layihələrinin mövcudluğu tək Qarabağda deyilbütün respublika ərazisində tətbiq olunmalıdır.

Yaxşı olardı ki, binaların tikintisi üçün milli brendə uyğun üslubun seçilməsindən öncə dövlət bu iş üçün ideya və fikirləri olan memarlar arasında hər hansı bir müsabiqə keçirilsin.

Bu zaman həmin memarlar tarixən Azərbaycana məxsus olduğu təsdiqlənən və keçmiş və müasir üslubu özündə əks etdirən memarlıq nümunələrinin eksizlərini təqdim edərək ortaq milli brendin yaranmasına şərait yarada biləcəklər.

Bu binalara baxan zaman hər kəs tikilən binanın Azərbaycanın tikinti üslubu olduğunu anlamalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR