x
Loading...
.

Gözü görmür, qulağı eşitmir, yemək yeyə bilmir - 11 yaşlı Xeyrullanın köməyə ehtiyacı var - FOTO

.

11 yaşlı Xeyrulla Vəli oğlu Əliyevin yardımsevər insanların köməyinə ehtiyacı var.

Metbuat.az xəbər verir ki, 8 ay bundan əvvəl - 26 iyun 2020-ci il tarixində Sabirabad rayonunun Qalağani kəndində Xeyrulla yolu keçən zaman onu maşın vurur.

Xeyrullanın anası Tünzalə Məhəmməd qızı Əliyeva Metbuat.az-a bildirdi ki, qəza hadisəsindən sonra övladı başqa bir insan tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da o aldığı xəsarətlərdən komaya düşür.

İki ay sonra isə komadan ayılıb, şoka düşür. Hər iki ayağı bud nahiyəsindən və bir neçə yerdən sınan balacanın ayaqları gipsə qoyulur. Xeyrullanın qəza zamanı çiyin sümüyü və çənə sümüyü sınıb, qabırğaları çatlayıb. Hadisədən bir gün sonra 1% yaşama şansı ilə Bakı şəhərinə gətirilən Xeyrulla Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.


Bir ay həmin klinikanın reanimasiya şöbəsində müalicə alan Xeyrulla 27 iyul 2020-ci il tarixində koma vəziyyətində hər iki bud nahiyyəsindən əməliyyat olunaraq ayaqlarına elastik mil qoyulub.

Tünzalə xanım bildirdi ki, artıq 7 aydır ki, uşağın ayaqlarındakı tikişlərin yeri sağalmır.

“Xeyrullanı 18 avqust 2020-ci il tarixində Şirvan Şəhər Mərkəzi Xəstaxanasına geri gətirdik.H azırda uşaq boğazında traxostoma, burnunda isə qida zondu ilə qidalanır. Görməsi və nitq qabiliyyəti yoxdur, udquna bilmir, sadəcə eşitməsi bərpa olunub.

Son günlər boğazında şiş əmələ gəlib. Boğazında traxostoma var və oradan nəfəs alır. Tabletkalar qəbul edir’’.

Bütün bu yaşananlardan sonra hazırda uşaqın ayaq hissəsində topuqdan bir-birinə doğru əyilmələr gedir.

“Artıq 75 gündən çoxdur ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qalıram, amma deyirlər ki, xəstəxana bağlanacaq. Burada mənə deyirlər ki, uşağı evə apar və orada müalicə et. Həftədə iki dəfə uşağın traxostoması çıxarılır, cərrah gəlib dəyişir. Nevrocərrahiyyənin həkimi Arif Xasıyevin müalicəsini qəbul edir. Amma nə isə lazım olanda, o həmişə gələ bilmir. Çarəsiz vəziyyətdəyəm”.

Beş nəfərdən ibarət olan bu ailənin yeganə gəlir yeri heyvandarlıqa məşğuliyyətdən olsa da, uşağın müalicəsi üçün onları da satıb Xeyrullanın sağalması üçün sərf ediblər. Artıq əlində ovcunda bir şey qalmayan ailə çox çarəsiz vəziyyətdədir.

Xeyrullanın anası Tünzalə xanım imkanı olan şəxslərdən uşağımın müalicəsi üçün yardım istəmək məcburiyyətində qalıb.

Əgər onun övladı Bakı şəhərində Xeyrullanın müalicəsini icra edə bilən xəstəxanaya yerləşdirilərsə günü-gündən vəziyyəti pisləşən 11 yaşlı balacanın yenidən normal həyata qayıtmağa şansı olacaqdır.

Metbuat.az kollektivi Allahdan Xeyrulla balaya şəfa diləyir və ümid edirik həyata arzuları tumurcaqlayan bu balaca fidan balanın sağlamlığa qovuşması üçün xeyirxah insanlar əlindən gələni əsirgəməyəcəklər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR