x
Loading...
.

9 yaşlı balaca vətənpərvərin səsləndirdiyi bu şeiri hamını ağlatdı - VİDEO

.

Göyçay şəhərində yaşayan balaca vətənpərvər Göyçay Şəhidlər Xiyabanında söylədiyi şeirlə hər kəsin diqqətini cəlb edib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 9 yaşlı İlyas Şərifovun şəhid məzarlarını ziyarət edərkən onların məzarı önündə ağlayaraq "Ağlama şəhid anası" adlı səsləndirdiyi şeiri sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb.

Saytımıza açıqlama verən azyaşlı vətənpərvər İlyas deyib ki, torpaqlarımızın düşməndən tam olaraq azad edilməsi eləcə də bu gün Azərbaycan ordusunun zəfər çalması şəhidlərimizn qanı və canı bahasına olub. Məhz bu səbəbdən də şəhidlər xiyabanına gələrək şəhidlərin məzarlarını ziyarət edib. Bu zaman onun səsləndirdiyi bu şeir hər kəsi heyrətə gətirib. Xiyabanda olan şəhid valideynləri,ailələri və yaxınları da göz yaşlarını saxlaya bilməyib.

9 yaşlı balaca vətənpərvər orada ağlayaraq şeiri sona çatdırıb.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR