Qəddafinin gəlini dəhşət saçdı: 4 nəfər yaralandı, 1 nəfər öldü -

Suriyada yaşayan Qəddafinin gəlini Aline Skaf avtomobilini polis və piyadaların üstünə sürməsi nəticəsində 4 nəfər yaralanıb və 1 nəfər ölüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, əvvəllər də bir çox hadisələrdə iştirak edən Aline Skafın həbs edilməməsi etirazlara səbəb olub.

Hadisə Suriyanın paytaxtı Dəməşqdə baş verib. Belə ki, bir polis cipini səhv yerdə saxlayan Skafı cərimələmək üçün ona yaxınlaşıb. Cərimə qəbzini görəndə özündən çıxan Aline Skafın mühafizəçiləri polis məmuruna hücum ediblər.

Qısa müddətdə hadisə yerinə xüsusi polis qrupları da gəlib. Qəzəblənən Aline Skaf, nəqliyyat vasitəsini hadisə yerindəki polisə və piyadaların üzərinə sürüb. Avtomobilin vurması nəticəsində 2-si polis olmaqla 5 nəfər yaralanıb. Yaralananlardan əczaçılıq tələbəsi Ruma Ammar isə dünyasını dəyişib. Suriya rejiminin ən yüksək vəzifəli şəxslərindən biri hadisə yerinə gələrək polisi geri çəkib. Bundan sonra Skaf hadisə yerindən qaçıb.

"Bu qadın, siyasi qaçqın olaraq yaşadığı ölkədə insanlara zülm edir və sonra sərbəst buraxılır, ədalət haradadır?" - deyə, sosial mediada Skafın tutulmamasına etiraz edən suriyalılar car çəkiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR