x
Loading...

Əflatun Amaşov istintaqa çağırılması xəbərini təkzib etdi

“Səhərdən məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım, özüm üçün müəyyən nəticə çıxarım”.

Metbuat.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bəzi media orqanlarında onun prokurorluqda dindirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən söyləyib:

"Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar. Ona görə münasibət bildirirəm.

Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm.

Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki...

Hər kəsə təşəkkür edirəm!"

Qeyd edək ki, bu gün bir sıra yerli media orqanında ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra bir sıra jurnalistin, o cümlədən Ə.Amaşovun da istintaqa çağırılması xəbəri yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR