x
Loading...

Dövlət qurumundan yas məclisləri ilə bağlı AÇIQLAMA

.

2020-ci il ərzində Azərbaycanda dini durumun öyrənilməsi sahəsində tədbirlər davam etdirilib, mütəmadi olaraq monitorinqlər keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, il ərzində müsəlman dini icmaları Ramazan və Məhərrəmlik ayları mərasimləri, Qurban bayramı, xristian dini icmalar Pasxa və Milad, yəhudilər Purim, Pesax və Roş-Ha-Şana bayramları qeyd ediblər.

Bunlardan Purim bayramı istisna olmaqla, digərləri karantin rejimi dövrünə təsadüf edib.

2020-ci ildə karantin rejimi dövründə dini ayinlərin icrası ilə yanaşı yas mərasimlərinin pandemiya ilə bağlı müəyyən olunmuş qaydalar çərçivəsində keçirilməsi xüsusi nəzarətdə saxlanılıb, Dövlət Komitəsinin bölgə şöbələri, QMİ-nin bölgə nümayəndəlikləri, yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bu sahədəki pozuntular aradan qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR