Hərbi prokurorluqda

Respublika Hərbi Prokurorluğunda kadr təyinatı olub.

Metbuat.az-ın əldə etdiyi məlumata görə bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Aydın Ələsgərov Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi təyin olunub. O, bundan əvvəl Respublika Hərbi prokurorunun böyük köməkçisi işləyib.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev məlumatı Metbuat.Az-a təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR